Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarət gücləndiriləcək.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, bu, təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi təhsil məsələləri barədə” imzaladığı əmrdə qeyd edilib.
əmrə görə, respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirməyi, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasını təşkil etməyi tapşırıb.
Yerli təhsil idarəetmə orqanlarının rəhbərləri isə tapşırılıb ki, yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində TN-yə təqdim etsinlər.