...

Göygöl Milli Parkına 25-30 santimetr qar yağıb - ağaclar qırılıb (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2016 11:47 (UTC +04:00)
Ölkə ərazisinə yağan güclü yağışların bölgələrdə qara keçməsi bəzi fəsadlara yol açıb.
Göygöl Milli Parkına 25-30 santimetr qar yağıb - ağaclar qırılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisinə yağan güclü yağışların bölgələrdə qara keçməsi bəzi fəsadlara yol açıb.

Trend-in məlumatına görə, ötən gecədən yağan güclü qarın hündürlüyü Göygöl Milli Parkının ərazisində 25-30 santimetrə çatıb. Qarın yağması güclü küləklə müşayiət olunub. Güclü külək və qarın ağırlığından qoruq ərazisindəki kövrək ağaclar qırılıb.

Məlumata görə, Milli Parka gedən yol buz bağladığından hərəkətdə müvəqqəti çətinliklər yaranıb.

Qeyri-sabit hava şəraitinə baxmayaraq, Gəncə şəhərində qazın, işığın və suyun verilməsində problemlər yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti