...

TUMİB üzvləri Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüblər

Cəmiyyət Materials 27 Oktyabr 2016 18:44 (UTC +04:00)
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüblər.
TUMİB üzvləri Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüblər

Bakı. Trend:

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri bu gün Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüblər.

Təşkilatdan Trend-ə verilən məlumata görə, Türkiyənin Bakıdakı səfirliyində baş tutan görüşdə TUMİB sədri Çingiz Bayramov, qurumun İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Cabir Dövlətzadə və NTK üzvü Cəlal İbrahimli iştirak ediblər.

Səfir E.Özoral iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra qardaş ölkədə yaranmış ictimai-siyasi vəziyyət barədə məlumat verib. Qeyd edib ki, türk millətinin müdrikliyi və cəsarəti sayəsində Türkiyənin xaosa sürüklənməsnin qarşısını almaq mümkün olub.

Türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirməsindən məmnun qaldıqlarını bildirib.

TUMİB sədri Ç.Bayramov səmimi qəbul üçün E.Özorala təşəkkür edib. O, Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə türk millətini təbrik edib.

Ç.Bayramov deyib ki, Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclər həmişə iki ölkə arasında körpü rolu oynayıblar. TUMİB sədri rəhbərlik etdiyi qurumun üzvlərinin Türk Dünyasının əvəzsiz liderləri Mustafa Kemal Atatürk və Heydər Əliyev ideyalarına daim sadiq qaldıqlarını, iki ölkə arasındakı əlaqələrin inkişafına və güclənməsinə layiqli töhfə verdiklərini bildirib. Ç.Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyləri nəticəsində iki dövlət arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Görüşdə FETO terror təşkilatının fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb. Ç.Bayramov FETO üzvlərinin Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə çalışmasından, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının və müstəqil mətbuatın bu təxribatın qarşısını almaq üçün göstərdiyi səylərdən danışıb.

Görüş başa çatandan sonra səfir E.Özoral TUMİB üzvləri ilə xatirə şəkli çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti