...

Abşeron rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 28 Oktyabr 2016 20:34 (UTC +04:00)
Abşeron rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
Abşeron rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. Trend:

Abşeron rayonu ərazisində diametri 530 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar bu gün saat 20:00-dan işlər yekunlaşanadək təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Atyalı, Nubar və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Binəqədi rayonu Çiçək yaşayış massivinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.

Azəriqaz İB-yi yaranmış məhdudiyyətlə bağlı abonentlərdən üzr istəyir və bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti