...

Tikinti obyektləri ilə bağlı YENİ TƏLƏBLƏR

Cəmiyyət Materials 7 Noyabr 2016 08:00 (UTC +04:00)
Azərbaycanda tikinti obyektinə dair yeni tələb müəyyən edilir.
Tikinti obyektləri ilə bağlı YENİ TƏLƏBLƏR

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda tikinti obyektlərinə dair yeni tələb müəyyən edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən maddəyə əsasən, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazilərdəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

Dəyişiklik Milli Məclisin noyabrın 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti