...

Azərbaycan "TA-57" səhra telefon aparatını silahlanmaya tövsiyə edib

Cəmiyyət Materials 17 Dekabr 2016 12:08 (UTC +04:00)
Azərbycan Müdafiə Sənayesi Nazirliyi "TA-57" tipli səhra telefon aparatının yaradılma işlərini tam başa çatdırıb və aparat silahlanmaya tövsiyə olunub.
Azərbaycan "TA-57" səhra telefon aparatını silahlanmaya tövsiyə edib

Bakı. Samir Əli - Trend:

Azərbycan Müdafiə Sənayesi Nazirliyi (MSN) "TA-57" tipli səhra telefon aparatının yaradılma işlərini tam başa çatdırıb və aparat silahlanmaya tövsiyə olunub.

Trend-in məlumatına görə, bu barədə bu gün MSN-in yaradılmasının 11-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov deyib. Onun sözlərinə görə, bu ilin aprel döyüşlərində düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.

Y.Camalov bildirib ki, Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə MSN-in müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir:

"Bunu aprel döyüşləri bir daha sübut etdi. Cari ilin aprelində cəbhə xəttində erməni təxribatına cavab olaraq sarsıdıcı zərbələr endirməsi, düşmən tapdağında olan bir neçə yüksəkliyi azad etməsi Azərbaycan Ordusunun gücünün göstəricisi kimi dəyərləndirilməklə yanaşı, illərdir davam edən münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda müşahidə olunan canlanma problemin ədalətli həlli istiqamətində irəliləyiş gözləntisi də yaratdı. Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində qeyd etdiyimiz kimi, Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynayıb. Döyüşlərdə MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatları düşmənə qarşı tətbiq olunub. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyən edilib, məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti