...

2035-ci ildə Bakının əhalisi 4 milyon olacaq

Cəmiyyət Materials 22 Dekabr 2016 11:35 (UTC +04:00)
Şəhərin mərkəzi hissəsində gərginliyi azaltmaq üçün yüklənməni Ələt qəsəbəsinə keçirmək nəzərdə tutulur.
2035-ci ildə Bakının əhalisi 4 milyon olacaq

Bakı. Trend:

2035-ci ilədək Bakının əhalisi 4 milyon nəfərə çatacaq. Trend-in məlumatına görə, bunu Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatı zamanı Bakı Dövlət Planlaşdırma İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə deyib.

O bildirib ki, planın özü əhalinin yerləşdirilməsi və məşğulluğunun təşkili, yeni istirahət zonalarının yaradılması, eləcə də Bakının inkişaf pespektivlərini nəzərdə tutur.

İ.İsbatovun sözlərinə görə, şəhərin mərkəzi hissəsində gərginliyi azaltmaq üçün yüklənməni Ələt qəsəbəsinə keçirmək nəzərdə tutulur:

“Planlara əsasən, Ələt qəsəbəsinin 2035-ci ilədək 200 mindən çox əhalisi olan şəhərə çevirmək nəzərdə tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti