...

Çaylarda suyun səviyyəsi dəyişib - Azalmalar var

Cəmiyyət Materials 29 Dekabr 2016 07:56 (UTC +04:00)
Son günlər əsasən regionlarda yağmurlu keçən hava şəraitindən sonra çaylarda suyun səviyyəsində yenə dəyişiklik olub.
Çaylarda suyun səviyyəsi dəyişib - Azalmalar var

Bakı. Trend:

Son günlər əsasən regionlarda yağmurlu keçən hava şəraitindən sonra çaylarda suyun səviyyəsində yenə dəyişiklik olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 140-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-170 faizini təşkil edib.

Tranzit çaylardakı son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 170 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 162 m3/s olmaqla ongünlük normanın 111 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 65 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Araz çayının Novruzlu məntəqəsində 17 sm artım, Şirvanda 2, Salyanda 8 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 495 sm (2015-ci il dekabrın 26-da 430 sm), Şirvanda 399 sm (2015-ci il dekabrın 26-da 321 sm), Salyanda 339 sm (2015-ci il dekabrın 26-da 304 sm), Bankədə 253 sm (2015-ci il dekabrın 26-da 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2015-ci il dekabrın 26-da 160 sm) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti