...

Dillər Universitetinin İctimai Nəzarət Şurasının ilk iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Yanvar 2017 15:44 (UTC +04:00)
Şura üzvləri imtahanların gedişini izləyib
Dillər Universitetinin İctimai Nəzarət Şurasının ilk iclası keçirilib   (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İctimai Nəzarət Şurasının ilk iclası keçirilib.

Universitetin informasiya departamentindən Trend-ə verilən məlumata görə, İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyevin rəhbərliyi ilə keçirilən iclasda Şuranın fəaliyyət istiqamətləri müzakirə olunub.

İclasda, eyni zamanda Şuranın işini tənzimləyən sənədlərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin Əsasnamənin hazırlanması məqsədi ilə işçi qrupu yaradılıb. İclasdan sonra Şura üzvlərinin iştirakı ilə universitetin əsas binasında keçirilən imtahanların monitorinqi aparılıb, tələbələrin sualları cavablandırılıb, təkliflər dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti