...

Ötən ilin "yol terroru" - 759 ölü, 2003 yaralı

Cəmiyyət Materials 30 Yanvar 2017 15:25 (UTC +04:00)
2016-cı il ərzində Azərbaycan ərazisində 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb.
Ötən ilin "yol terroru" - 759 ölü, 2003 yaralı

Bakı. Elçin Mehdiyev - Trend:

2016-cı il ərzində Azərbaycan ərazisində 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, baş vermiş hadisələr nəticəsində 759 nəfər həlak olub, 2003 nəfər yaralanıb.

2015-ci illə müqayisədə yol nəqliyyat hadisələrinin sayı 214 fakt (9,6 %), həlak olanların sayı 135 nəfər (15 %), yaralananların sayı isə 262 nəfər (11,6 %) azalıb.

Bakı şəhəri ərazisində 684 yol nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 192 nəfər həlak olub, 691 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol nəqliyyat hadisəsinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 113 fakt (14,2 %), 37 nəfər (16,2 %) və 159 nəfər (18,7 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisəsinin 95,2 %-i (1910) sürücülərin yol hərəkət qaydalarını pozmaları, o cümlədən 38,1 %-i (764) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,6 %-i (453) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8 %-i (257) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7 %-i (34) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol nəqliyyat hadisəsinin 44 %-ni (882) piyadaların vurulması təşkil edib, nəticədə 319 piyada həlak olub, 643-ü yaralanıb. 59 yol nəqliyyat hadisəsi piyadaların yol hərəkət qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində 53 uşaq və yeniyetmə həlak olub, 186 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində həlak olmuş 759 nəfərdən 583-nü kişilər, 176-nı qadınlar, xəsarət almış 2003 nəfərdən isə 1414-nü kişilər, 589-nu qadınlar təşkil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti