Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün keçirilən treninqləri başa çatdırıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, 10 yanvar- 1 fevral tarixlərində keçirilmiş və bütün resublika ərazisini əhatə edən bu prosesdə 78 rayonun 1558 təhsil müəssisəsindən 4490 nəzarətçi‑müəllim iştirak edib.
Cari ildə keçirilən seminarlara yeni, təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər dəvət olunublar. Hazırda “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14817 nəzarətçi-müəllim haqqında məlumat var. Təlimlərdə iştirak etməyən digər müəllimlər isə təyin olunduqları imtahandan bir neçə gün öncə seminar-məşğələlərə cəlb olunacaqlar.