...

LDU-da “Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2017 00:13 (UTC +04:00)
Lənkəran Dövlət Universitetinin, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilib
LDU-da  “Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Lənkəran Dövlət Universitetinin, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri kimi: Gənclərin qarşısında duran vəzifələr” mövzusunda seminar keçirilib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, tədbirdə LDU-nun müəllim-tələbə kollektivi, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri və əməkdaşları, TUMİB-in sədri və nümayəndələri iştirak etdilər.

Seminarı TUMİB-in sədri Çingiz Bayramov açaraq bildirdi ki, tədbirin əsas məqsədi İslam sivilizasiyasını təbliğ etmək, yeniyetmə və gənclərimizi yad ideologiyaların təsirindən qorumaq, bölgələrimizdə ideoloji maarifçilik işini gücləndirməkdir. İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayan TUMİB sədri Azərbaycan cəmiyyətində humanist düşüncənin hakim olduğunu bildirdi. Ç.Bayramov qeyd etdi ki, yeniyetmə və gənclərimiz İslam dininin mahiyyətini dərindən öyrənsələr, zərərli vərdişlərdən uzaq qalar, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerant davranarlar.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin sülh, həmrəylik, dostluq dini olduğunu bildirərək, cənab Prezident tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının mühüm təşəbbüs olduğunu diqqətə çatdırıb.

LDU-nun Elm və Beynəlxalq əlaqələr şöbəsinin müdiri b/m. Zaur Məmmədov gənclər arasında belə tədbirlərin keçirilməsinin, milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğuladı.

TUMİB İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Orxan Vəliyev və Səbinə Novruzadə çıxışlarında milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycanda həmişə xüsusi həssaslıqla yanaşıldığını, ölkəmizdə sağlam mənəvi mühitin qorunub-saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti