Bakı. Ənvər Məmmədov - Trend:
Bu gün Azərbaycan Gimnastika Federasiyası təntənəli şəkildə İlaxır çərşənbəni qeyd edib.
Trend-in məlumatına görə, Milli Gimnastika Arenasının yanında tonqallar qalanıb. İştirakçılara ənənəvi bayram təamları təqdim edilib.
Bakıya gəlmiş bir sıra nümayəndə heyətləri də milli bayrama biganə qalmayaraq təntənəli mərasimdə iştirak ediblər.