...

Doğum şöbəsində ana və uşağın ölümünün səbəbləri açıqlandı

Cəmiyyət Materials 10 Aprel 2017 10:34 (UTC +04:00)
Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının doğum şöbəsində 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı hamiləliyinin 28-29-cu həftəliyində qanaxmadan dünyasını dəyişib.
Doğum şöbəsində ana və uşağın ölümünün səbəbləri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının doğum şöbəsində 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı hamiləliyinin 28-29-cu həftəliyində qanaxmadan dünyasını dəyişib.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Birlikdən qeyd edilib ki, Şamaxının Quşlu kəndindən olan N.Orucova əməliyyatdan sonra - dünən dünyasını dəyişib. Mərhumun meyitinin ilkin müayinəsi artıq aparılıb. Ölümün dəqiq səbəbləri hələ bəlli olmasa da, N.Orucovada çoxsaylı patologiyaların olduğu – qaraçiyər çatışmazlığı, böyrək çatışmazlığı, HEC, DVC sindromları, preeklampsiyası, keysər kəsiyinin olduğu müəyyənləşdirilib. Mərhum qanaxmadan dünyasını dəyişib.

İlkin müayinə nəticələrinə görə, körpənin ölümünə səbəb ana bətnində uşağın ciftinin vaxtından əvvəl ayrılmasıdır. Uşaq elə ana bətnində olarkən ölüb. Xəstəni xilas etmək üçün keysər kəsiyi əməliyyatı ilə hamiləlik sona çatdırılsa da, xəstədə DVC sindromu və qanaxma başladığından qadının uşaqlığı da götürülüb.

Ölümün dəqiq səbəbləri isə tədqiqat üçün alınan materialların mikroskopik müayinəsi nəticəsində məlum olacaq. Bu müayinənin nəticələri 2-3 həftə ərzində məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti