...

Mayın 23-dək Bakı Su İdmanı Sarayından Bibiheybət məscidinin ərazisinə qədər hissədə hərəkət birtərəfli olacaq

Cəmiyyət Materials 8 May 2017 16:27 (UTC +04:00)
Bibiheybət şosesinin Bakı Su İdmanı Sarayından Bibiheybət məscidinin ərazisinə qədər olan hissəsindəki yolda hərəkət birtərəfli istiqamətdə təşkil edilir.
Mayın 23-dək Bakı Su İdmanı Sarayından Bibiheybət məscidinin ərazisinə qədər hissədə hərəkət birtərəfli olacaq

Bakı. Samir Əli - Trend:

Mayın 5-dən etibarən 23-dək Səbail rayonu ərazisində Bibiheybət şosesinin Bakı Su İdmanı Sarayından Bibiheybət məscidinin ərazisinə qədər olan hissəsindəki yolda hərəkət birtərəfli istiqamətdə təşkil edilir.

Trend-in məlumatına görə, bunu Respublika Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə qərar verib. Həmin yolun əks istiqamətində isə 20-ci Sahə dairəsindən keçməklə alternativ yoldan istifadə olunmalıdır:

"Həmçinin mayın 6-dan 23-dək paytaxtın Binəqədi rayonu ərazisində İ.Dadaşov küçəsi, Süleyman Sani Axundov küçəsi ilə Cəfər Xəndan küçəsi arasında olan hissədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. Həmin müddətdə paytaxtın Nəsimi rayonu ərazisində Süleyman Rüstəm, Xan Şuşinski və Mustafa Topçubaşov küçələrinin Hənifə Ələsgərov küçəsi ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Yalnız Hənifə Ələsgərov küçəsi ilə hərəkət etmək mümkün olacaq. Digər alternativ yollar isə Səməd Vurğun küçəsi və Azadlıq prospekti olacaq, sürücülər bu yollardan istifadə edə bilərlər".

K.Əliyev qeyd edib ki, mayın 6-dan 23-dək Cəlil Məmmədquluzadə küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişdiyi ərazidə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti