Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən "Check-up müayinələri" aksiyasında iştirak etmək üçün 719 nəfər müraciət edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bunlardan 135 nəfər kardioloq, 117 nəfər nevropatoloq, 128 terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Digərləri Mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmotoloq-ortoped, infeksionist, allerqoloq və.s həkim müayinəsində olub, yaradılmış tibbi yardımdan yararlanıblar.
Müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, Rentgen, EEQ müayinələrindən keçib. Bir nəfər isə stasionara yerləşdirilib.