...

Cənub zonasında radon qazının təhlükə yaratdığı rayonlar öyrənilir (FOTO)

Cəmiyyət Materials 13 İyun 2017 14:42 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır.
Cənub zonasında radon qazının təhlükə yaratdığı rayonlar öyrənilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub zonasında radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır.

Bu barədə Trend-ə AMEA GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir. Tədbirlər Proqramının həyata keçirilməsində AMEA ilə birlikdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirlikləri də iştirak edir.

Araşdırmalar GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri akademik Əkpər Feyzullayev, Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov və Geotermiya şöbəsinin böyük elmi işçisi Rauf Bağırlı iştirak edirlər.

Tədqiqatlar zamanı radon riskli zonalar aşkar edilib, qazın təbiəti öyrənilib, qapalı məkanlarda radonun həcmi aktivliyi təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti