...

"BMT-nin Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərin 27-ci iclası yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 19 İyun 2017 12:54 (UTC +04:00)
Nyu-York şəhərində keçirilən “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27-ci iclası işini yekunlaşdırıb.
"BMT-nin Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərin 27-ci iclası yekunlaşıb (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27-ci iclası işini yekunlaşdırıb.

Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın təmsil olunduğu mötəbər tədbirdə Azərbaycan Respublikasının ilk dəfə iştirakı müsbət dəyərləndirilərək əminliklə vurğulanıb ki, bu iştirak gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına öz uğurlu töfhəsini verəcək.

Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulması, Dəniz Dibi üzrə Beynəlxalq Orqanın Baş katibi Maykl Loc tərəfindən yüksək qiymətləndirildi.

İclasda Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçilib, xarici auditorun 2015-2016 cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015-2016 cı illər üçün maliyyə hesabatı, etimadnamə komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə Baş katibin hesabatı dinlənilib, rəsmi sənədlərə dair BMT-nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin 26-cı iclasının qərarı əsasında daimi dəvət olunan Hökumətlərarası təşklatların siyahısı, BMT-nin okeanlarla iş və Dəniz Hüququ Sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın bir sıra iştirakçı dövlətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti