Bakı. Trend:
Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı bıçaqlanıb.
Trend-in məlumatına görə, Türkiyənin Uşak Universitetində təhsil alan 21 yaşlı Royal Cumayev mübahisə zəminində tələbə yoldaşı və həmvətəni olduğu deyilən O.S. tərəfindən küçədə bıçaqlanıb.
Sinəsindən bıçaq yarası alan R.Cumayev yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada əməliyyat olunan tələbənin vəziyyətinin hazırda orta olduğu bildirilir.
R.Cumayevə zərər yetirən tələbə yoldaşı saxlanılıb.