...

Ədliyyə naziri yanında İctimai Komitə 2 mindən çox məhkuma hüquqi yardım göstərib

Cəmiyyət Materials 21 İyun 2017 15:25 (UTC +04:00)
İctimai Komitə tərəfindən bu günə qədər müxtəlif cəzaçəkmə müəssisələrinə 340-dək başçəkmə həyata keçirilib.
Ədliyyə naziri yanında İctimai Komitə 2 mindən çox məhkuma hüquqi yardım göstərib

Bakı. Samir Əli - Trend:

Bu gün ədliyyə naziri yanında İctimai Komitənin hesabat yığıncağı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən komitənin koordinatoru, millət vəkili Çingiz Qənizadə bildirib ki, 2006-cı ildən tərkibi insan hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən formalaşdırılmış ədliyyə naziri yanında İctimai Komitə tərəfindən bu günə qədər müxtəlif cəzaçəkmə müəssisələrinə 340-dək başçəkmə həyata keçirilib.

İctimai Komitə başçəkmələr zamanı məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirib, 2000 nəfərdən artıq məhkuma müxtəlif istiqamətlər üzrə müxtəlif hüquqi yardım göstərilib.

Ç.Qənizadə qeyd edib ki, komitə həmçinin cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tərkibində nazirlik tərəfindən yaradılmış komissiyanın üzvləri ilə birgə, habelə məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmiş şəxslər dəvət olunmaqla cəzaçəkmə müəssisələrinə 320-dən artıq səfər edərək məhkumlarla görüş keçirib, həqiqi islah yoluna qədəm qoymuş 7000-dən çox məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinərək məhkəmələr tərəfindən baxılmış həmin işlərin 97 faizi müsbət həll edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti