...

Mübariz Mənsimov: Zəhra və nənəsinin qatilləri cəzasız qalmamalıdır

Cəmiyyət Materials 7 İyul 2017 12:37 (UTC +04:00)
Balaca Zəhra və nənəsinin qatilləri cəzasız qalmamalıdır.
Mübariz Mənsimov: Zəhra və nənəsinin qatilləri cəzasız qalmamalıdır

Bakı. Trend:

Balaca Zəhra və nənəsinin qatilləri cəzasız qalmamalıdır.

Trend-in məlumatına görə, bunu azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bildirib.

O qeyd edib ki, 2 yaşlı Zəhra və nənəsi Ermənistan ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilib:

"Bu terror və faşizmdir. Dinc əhalinin hədəfə alınması əsla və əsla qəbuledilməzdir. Bunu bütün dünya görməli və bu hadisəyə susmamalıdır".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti