...

Azərbaycanlı şagird Beynəlxalq Olimpiadada qızıl medal qazanıb

Cəmiyyət Materials 14 İyul 2017 15:02 (UTC +04:00)
Azərbaycanlı şagird Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.
Azərbaycanlı şagird Beynəlxalq Olimpiadada qızıl medal qazanıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanlı şagird Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb.

Bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib.

Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti