...

Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirib

Cəmiyyət Materials 20 İyul 2017 13:38 (UTC +04:00)
Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirib.
Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirib

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda orqan köçürülən 9 xəstə qadın dünyaya övlad gətirib.

Tremd-in məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb.

Əvvəllər orqan dəyişdirmək istəyən xəstələrin daha çox xaricə üz tutduqlarını deyən M.Kazımi qeyd edib ki, əvvəllər xəstələrin 40 faizi xaricə gedib qayıdanlar olurdu. Lakin bu gün xəstələrin 95 faizi artıq xaricə getmir.

Şöbə müdiri qeyd edib ki, digər problem meyitlərdən orqan köçürülməsi işinin təşkil edilməsidir: "Bu, hazırda bizim ölkəmizdə mümkün deyil. Azərbaycanda ancaq qohum donorların orqanlarından istifadə olunur. Hazırda bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti