...

Türkiyədə yol qəzasında xəsarət alan 7 Azərbaycan vətəndaşının vəziyyəti yaxşıdır

Cəmiyyət Materials 22 Avqust 2017 11:22 (UTC +04:00)
Onlara ilkin tibbi yardım göstərilib.
Türkiyədə yol qəzasında xəsarət alan 7 Azərbaycan vətəndaşının vəziyyəti yaxşıdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Muğla vilayətində yol qəzası nəticəsində xəsarət alan 7 Azərbaycan vətəndaşının vəziyyəti yaxşıdır.

Trend-in "CNN Turk" telekanalına istinadən verdiyi məlumata görə, zərərçəkənlərdən ikisi azyaşlıdır.

Xəsarət alan şəxslər - Leyla və Zərifə Şahverdiyevalar, Roza Muradlı, Fidan və Mahirə Muradovalar, həmçinin Məlahət Nuriyeva və Kamran Nuriyev xəstəxanaya çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti