...

Qəbələdə meşə yanğını ilə bağlı SON DURUM - İcra Hakimiyyətindən açıqlama

Cəmiyyət Materials 6 Sentyabr 2017 12:50 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Qəbələ rayonunda meşədə baş vermiş yanğının yenidən alovlanma təhlükəsi yoxdur.

Bu barədə Trend-ə açıqlamasında Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Abil Ağasəfov məlumat verib.

Onun sözlərinə görə, meşədə açıq alov söndürülsə də, bəzi ərazilərdə tüstülənmə hələ də var:

"Hazırda həmin ərazilər tam nəzarətə götürülüb. Tüstülənmə olan yerlərdə tədbirlər davam etdirilir. Yəqin ki, bu gün tam söndürülər".

Qeyd edək ki, avqustun 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Meşə Yüksək dağlıq ərazisində - Abrıx kəndi ərazisindəki Bum meşəbəyliyinin 2 saylı dolayında yanğın hadisəsi baş verməsi barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti