...

Bakı Metropoliteni ilə bağlı YENİ XƏBƏR - “Yaşıl” xətt genişləndirilir

Cəmiyyət Materials 20 Sentyabr 2017 16:16 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

“Bakı metropoliteni” QSC metronun “yaşıl” xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.

Bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, yenis stansiyalar üçün ərazi artıq ayrılıb: “Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir”.

Gələcəkdə metropolitenin “yaşıl” xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq “Xətai” və “Həzi Aslanov” stansiyaları arasında 3 stansiyanın tikilməsi və “Dərnəgül”lə “Həzi Aslanov” stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə “Dərnəgül” və “Həzi Aslanov” stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.

E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin “bənövşəyi” xəttində də tikinti işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti