...

Londonda Beynəlxalq Dəniz Təşkilatının dəniz səfirlərinin görüşü olub (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2017 16:41 (UTC +04:00)
Dövlət Dəniz Administrasiyasının şöbəs müdiri dəniz səfiri təyin olunub.
Londonda Beynəlxalq Dəniz Təşkilatının dəniz səfirlərinin görüşü olub (FOTO)

Bakı. Trend:

Dəniz səfirlərini salamlayan Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim Azərbaycan Dövlət Dəniz Administrasiyasının hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədovu Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunması münasibətilə təbrik edib.

Dəniz səfiri təyin olunan Azərbaycan Dövlət Dəniz Administrasiyasının nümayəndəsinə işlərində uğurlar diləyən Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim bildirib ki, Beynəlxalq Dəniz Təşkilatının fəaliyyəti barədə dəniz səfirlərinin öz ölkələrini geniş məlumatla təmin etməsi və dəniz səfirləri arasında dəniz nəqliyyatının inkişafı sahəsində həyata keçirilən məlumat mübadiləsi bu sahənin tərəqqisinə öz töhfəsini verəcək.

Beynəlxalq Dəniz Təşkilatının baş katibi cənab Kitak Lim inamla vurğulayıb ki, Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsi – qarşılıqlı münasibətlərin inkişafı, Beynəlxalq Dəniz Təşkilatının fəaliyyəti ilə bağlı Azərbaycanda geniş məlumatın verilməsi və dəniz nəqliyyatı sahəsində Azərbaycanda əldə edilən uğurlar və görülən işlər barədə məlumat mübadiləsinin aparılması işində öz gücünü səfərbər edərək müsbət nəticələr əldə edilməsinə nail olacaq. Daha sonra Beynəlxalq Dəniz Təşkilatının baş katibi cənab Kitak Lim Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsini dəniz səfiri döş nişanı ilə təltif edib.

Göstərilən etimada görə təşəkkürünü bildirən Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsi bildirib ki, 1995 – ci ildən Azərbaycan Respublkasının üzv olduğu BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı ilə daha sıx və səmərəli fəaliyyətin reallaşdırılması, Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, eyni zamanda qarşılıqlı əməkdaşlıq istiqamətində əlindən gələni əsirgəməyəcək və bunun üçün bütün səylərini səfərbər edəcək.

Beynəlxalq Dəniz Təşkilatının dəniz səfiri təyin olunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi dənizçilik sahəsinə və dənizçilərə göstərdiyi diqqət və qayğının nəticəsində əldə edilən uğurlardan danışaraq vurğulayıb ki, Azərbaycanın nüfuzu beynəlxalq aləmdə ildən-ilə artır və bu da dövlət başçısı tərəfindən həyata keçirilən uzaqgörən, müdrik siyasətin nəticəsidir. Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının qabaqcıl üzvü olaraq tanınması da Azərbaycan Prezidentinin xarici siyasətinin uğurudur.

Görüşdə bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun bu ilin 28 may – 06 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə Respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcılları geridə qoyaraq statistika üzrə ön sırada yer tutması, beynəlxalq əlaqələrin inkişafı istiqamətində dövlət başçısı tərəfindən qarşıya qoyulan tələbin müvəffəqiyyətlə yerinə yetirilməsi eyni zamanda Azərbaycan Prezidentinin dənizçilərə göstərdiyi diqqət və qayğının uğurlu nəticəsidir.

Bir sıra mühüm məqamlara toxunan Dövlət Dəniz Administrasiyasının nümayəndəsi Azərbaycanda donanmanın yeniləndiyini, “Heydər Əliyev” qazma qurğusunun, “Xankəndi” sualtı tikinti gəmisinin Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa edilərək istismara verilməsini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti