Bakı. Trend:
Ukraynada tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun nəsr kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, kitaba yazıçının “Azadlıq” romanı və hekayələri daxil edilib. Əsərləri ukrayna dilinə Ukrayna yazıçısı, tərcüməçi Nataliya Kuliş tərcümə edib.
Kitabın oktyabr ayında Kiyevdə geniş təqdimatı keçiriləcək.