...

Artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb

Cəmiyyət Materials 12 Oktyabr 2017 15:19 (UTC +04:00)
2016-cı ildə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) 221 xəstə, 2017-ci ildə 9 ay ərzində 142 xəstə müxtəlif mənşəli artrit xəstəlikləri ilə stasionar müalicə alıb.
Artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-cı ildə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) 221 xəstə, bu ilin 9 ayı ərzində 142 xəstə müxtəlif mənşəli artrit xəstəliklərindən stasionar müalicə alıb.

Trend-in məlumatına görə, bu barədə Respublika Klinik Xəstəxanasında Ümumdünya artrit xəstəliyi ilə mübarizə gününə həsr edilmiş tədbirdə deyilib.

Tədbirdə qeyd edilib ki, artrit oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, oynaqların formasının dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur:

"Dünyada 10 milyonlarla insan artritin bu və ya digər növlərindən əziyyət çəkir. Son 20 ildə artrit xəstəliklərindən əziyyət çəkənlərin sayı 2 dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda olan insanlarda rast gəlinə bilər. Ancaq yaşlı adamlarda daha çox müşahidə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti