...

Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalı ilə mükafatlandırılıb

Cəmiyyət Materials 22 Oktyabr 2017 22:58 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb.
Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalı ilə mükafatlandırılıb

Bakı. Trend:

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rus İfaçılıq Sənəti" Fondunun medalına layiq görülüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, medalı səfirə Rusiyanın əməkdar artisti, "Rus İfaçılıq Sənəti" İctimai Xeyriyyə Fondunun prezidenti Valeri Vorona təqdim edib. Fond prezidentinin sözlərinə görə, Azərbaycan səfiri musiqi mədəniyyəti üçün çox iş görüb.

Bülbüloğlu təşkilat rəhbərinə ona ünvanlanmış xoş sözlərə görə minnətdarlığını bildirib.

Medal təşkilatın yaranmasının 25 illiyinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti