...

Goranboyda qəzaya düşən pambıqçılar evə buraxıldı

Cəmiyyət Materials 28 Oktyabr 2017 09:31 (UTC +04:00)
Goranboyda çaya düşən avtobusda xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralıların hamısı evə buraxılıb
Goranboyda qəzaya düşən pambıqçılar evə buraxıldı

Bakı. Samir Əli - Trend:

Goranboyda çaya düşən avtobusda xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralıların hamısı evə buraxılıb. Bu barədə Trend-ə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqov məlumat verib.

Baş həkim bildirib ki, müayinə zamanı yaralılarda həyatı təhlükəli xəsarətlər aşkar edilməyib: "Axşam hamısını müayinə etdik, vəziyyəti ağır olan olmadığı üçün hamısını ambulator müayinəyə yazdıq. Hazırda həmin şəxslərin hamısı ev şəraitində müalicə olunur".

R.Budaqov bildirib ki, hadisə nəticəsində Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 2 nəfərdən birinin vəziyyəti normal olduğundan evə buraxılıb.

Qeyd edək ki, oktyabrın 27-də axşam saatlarında Goranboy rayonunda fəhlələri pambıq sahəsindən gətirən avtobus rayonun Dəliməmmədli kəndində körpüdən çaya aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hadisə zamanı 25 nəfər xəsarət alıb. Onlardan ikisi Gəncə şəhər Mərkəzi Xəstəxanasına, 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti