...

SMART işıq sayğacları kartlarının yüklənməsi asanlaşdı

Cəmiyyət Materials 14 Noyabr 2017 14:37 (UTC +04:00)
“Azərpoçt” MMC Gəncədə “Azərişıq” ASC-nin SMART sayğacların kartının yüklənməsi xidmətini işə salıb.
SMART işıq sayğacları kartlarının yüklənməsi asanlaşdı

Bakı. Hüseyn Vəliyev - Trend:

“Azərpoçt” MMC Gəncədə “Azərişıq” ASC-nin SMART sayğacların kartının yüklənilməsi xidmətini işə salıb.

Bunu Trend-ə “Azərpoçt”un Gəncə regional poçt filialının rəis müavini Zahir Səfərov deyib.

Onun sözlərinə görə, kartriderlər “Azərişıq” tərəfindən poçt filialına təhvil verilib.

Qeyd edək ki, daha əvvəl poçt Bakıda 6 filialda və 15 rayon filialında SMART qaz sayğacı kartlarının yüklənilməsi xidmətini işə salmışdı.

Z.Səfərov həmçinin vurğulayıb ki, SMART su sayğacları ilə bağlı məsələ də hazırda “Azərsu” ASC ilə müzakirə mövzusudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti