...

Azərbaycanda əhalinin sayı artır - SON RƏQƏM

Cəmiyyət Materials 16 Noyabr 2017 13:44 (UTC +04:00)
İlin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər və ya 0,7% artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb.
Azərbaycanda əhalinin sayı artır - SON RƏQƏM

Bakı. Elçin Mehdiyev - Trend:

İlin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər və ya 0,7% artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb.

Trend-ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub.

Məlumata görə, əhalinin ümumi sayının 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir.

Son məlumata görə, hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Qeyd edək ki, ötən ay üzrə açıqlanan statistik göstəricidə qeyd edilmişdi ki, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 867 250 nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti