...

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri beynəlxalq antikorrupsiya tədbirinə qatılıb

Cəmiyyət Materials 22 Noyabr 2017 16:14
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini nümayəndə heyəti Beynəlxalq antikorrupsiya tədbirində iştirak ediblər.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri beynəlxalq antikorrupsiya tədbirinə qatılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini nümayəndə heyəti Beynəlxalq antikorrupsiya tədbirində iştirak ediblər.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, noyabrın 15-dən 17-dək Portuqaliyanın paytaxtı Lissabonda Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən Portuqaliyanın Daxili İşlər Nazirliyinin dəstəyi ilə 17-ci illik Peşəkar Konfrans və Baş Assambleyasının növbəti iclası keçirilib. Tədbirdə Avropanın 35 ölkəsindən olan 160-a yaxın nümayəndələr, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq qurumlar və vəzifəli şəxslər iştirak edib.

Ölkəmizi bu mötəbər tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin rəisi Fuad Rəsulov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov təmsil edib.

Portuqaliyanın Daxili İşlər Naziri Eduardo Kabrita və Avropa Tərəfdaşları Təşkilatı və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin prezidenti Andreas Vieselhalerin Assambleya iştirakçılarını salamlaması ilə öz işinə başlayan iclasda Avropada və dünyada korrupsiyaya qarşı mübarizə səylərinin inkişafının ölçülməsi, korrupsiyaya qarşı mübarizə sahəsində təşkilata üzv ölkələr tərəfindən əldə olunmuş ən yüksək təcrübələrin öyrənilməsi, dünya ölkələrində korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, elektron dövlətin rolu, şəffaflığın təmin olunması, vəzifəli şəxslərin xidməti fəaliyyətinin, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının pozulmasının qarşısının alınması, vətəndaş-məmur münasibətlərində etik normalara əməl olunması kimi preventiv tədbirlərin həyata keçirilməsi və digər bu kimi aktual mövzular geniş müzakirə edilib, risklərin idarə və analiz edilməsi, eləcə də məlumatların qorunması üzrə işçi qruplar tərəfindən aparılan təhlillərin nəticələri dinlənilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə ölkəmizdə aparılan mütərəqqi tədbirlər, ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan institusional və qanunvericilik islahatları, o cümlədən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və “ASAN xidmət” haqqında verilən məlumatlar böyük marağa səbəb olub, qeyd edilən nailiyyətləri özündə əks etdirən buklet və broşürlər tədbir iştirakçılarına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti