...

Naxçıvanın qədim yaşayış məskəni olduğunu təsdiqləyən yeni abidələr tapıldı

Cəmiyyət Materials 28 Noyabr 2017 22:05 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində antik dövr və son tunc, ilk dəmir dövrünə aid abidələr aşkarlanıb.
Naxçıvanın qədim yaşayış məskəni olduğunu təsdiqləyən yeni abidələr tapıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində antik dövr və son tunc, ilk dəmir dövrünə aid abidələr aşkarlanıb.

Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.

Onun sözlərinə görə, rayon ərazisində aparılan tədqiqat işləri zamanı 4 qədim yaşayış məskəni, 3 nekropol tapılıb. Tədqiqatlar zamanı ilk orta əsrlərə aid 3 yaşayış məskəni, ilk tunc dövrünə aid 1 yaşayış məskəni, antik dövrə aid 1 nekropol, son tunc və ilk dəmir dövrünə aid 2 nekropol aşkarlanıb.

Q.Ağayev qeyd edib ki, tapılan yeni abidələr bu ərazinin insanların ən qədim yaşayış yerləri olduğunu bir daha sübut edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti