...

Vüqar Babayev də Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçildi

Cəmiyyət Materials 7 Dekabr 2017 18:03 (UTC +04:00)
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni üzvü seçilib.
Vüqar Babayev də Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv seçildi

Bakı. Samir Əli - Trend:

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni üzvü seçilib.

Trend-in məlumatına görə, bu gün Vəkillər Kollegiyasının konfransında qurumun Rəyasət Heyəti formalaşıb.

Tanınmış vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Vüqar Babayev səs çoxluğu ilə Kollegiyanın Rəyasət Heyətinə üzv seçilib.

Xatırladaq ki, bu gün keçirilən konfransda Azərbaycan Vəkillər Kollegiyasının yeni sədri vəkil Anar Bağırov seçilib. Konfransda həmçinin kollegiyanın 2 sədr müavini və 12 nəfər üzv seçilib. Kollegiyanın Rəyasət Heyəti ümumilikdə 15 nəfərdən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti