...

Şəmkirdə "N" saylı hərbi hissədə "Şəhadət" sənədli filmi nümayiş etdirilib (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2017 14:23 (UTC +04:00)
Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə şəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Şəmkirdə "N" saylı hərbi hissədə "Şəhadət" sənədli filmi nümayiş etdirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 9-da Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə şəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, N saylı hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Rasim Manafov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

R.Manafov çıxış edərək sənədli filmin əhəmiyyətini yüksək qiymətləndirib. Gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən qorumağın, dini radikalizmin fəsadları, eyni zamanda, gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edib.

DQİDK sədrinin müavini S.Heydərov “Şəhadət” filminin süjet xəttində göstərilən, Vətənimiz uğrunda canından keçmiş şəhidlərimizdən və qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında ətraflı çıxış edib. S.Heydərov gəncləri ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini də diqqətə çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti