...

Ali məktəblərə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər müəyyənləşdirilib

Cəmiyyət Materials 5 Yanvar 2018 10:56 (UTC +04:00)
Nazirlər Kabineti “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” təsdiq edib.
Ali məktəblərə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər müəyyənləşdirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” təsdiq edib.

Trend-in məlumatına görə, “Tədqiqat universiteti” statusunun verilməsi üçün ali təhsil müəssisələri bəzi tələblərə riayət etməlidirlər.

Bu tələblər ali məktəblərdə fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi olmalıdır.

Bununla yanaşı, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosent olmalı, dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməli, magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası olmalıdır.

“Tədqiqat universiteti” statusunun verilməsi üçün ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməli, yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrant alınmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti