...

Azərbaycana siqaret gətirilməsinə bir sıra məhdudiyyətlər təklif olunur (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Yanvar 2018 15:16 (UTC +04:00)
Azərbaycan siqaret qaçaqmalçılığı ilə mübarizəni gücləndirir.
Azərbaycana siqaret gətirilməsinə bir sıra məhdudiyyətlər təklif olunur (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:29-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) aksiz markasız siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi və satışı ilə mübarizənin gücləndirilməsi üçün təkliflər hazırlayıb.

Trend-in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeni təkliflər Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq:

“Bu təkliflər siqaret idxalının müddətinə və həcminə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Daha dəqiq desək, biz təklif edirik ki, vətəndaşlar yalnız fərdi istifadə üçün ayda bir dəfə və bir blok siqaret gətirsin”.

Komitə sədri əlavə edib ki, gələcəkdə əlavə məhdudiyyətlərin tətbiq olunacağı da nəzərdə tutulur: “Təkliflərə dəstək veriləcəyi təqdirdə, biz idxala görə yaş məhdudiyyəti də irəli sürəcəyik. İndi məhdudiyyətlər yalnız siqaret satışına şamil edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti