...

Sanitariya-epidemioloji xidmətin bu obyektlərdə yoxlama hüququnun ləğvi təklif edilir

Cəmiyyət Materials 30 Yanvar 2018 12:27 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama aparması hüququnun ləğvi təklif edilir.

Trend-in məlumatına görə, bu, “Sanitariya-epidomoloji salamatlıq haqqında" qanuna yeni təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama apara bilməyəcək.

Bununla bağlı qanunun Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlarına aid olan 34-cü maddəsinin 1-ci hissəsinə “Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilib. Bununla da dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla, digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti