...

İnstitut direktoru: Vərəmə yoluxan uşaqların sayı artır

Cəmiyyət Materials 30 Yanvar 2018 13:23 (UTC +04:00)
Son illərdə vərəmə yoluxan uşaqların sayı artır. Bu, bizi çox narahat edir.
İnstitut direktoru: Vərəmə yoluxan uşaqların sayı artır

Bakı. İlhamə İsabalayeva – Trend:

Son illərdə vərəmə yoluxan uşaqların sayı artır. Bu, bizi çox narahat edir.

Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunda həm ailə, həm də həkimlər maraqlı olur. Mən onlara dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, öz andlarını pozaraq o xəstələri düzgün müalicə etmirlər. Bu gün vərəm xəstələrinin müalicəsi ÜST-ün yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır”.

H.Qədirova deyib ki, bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir: "Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti