...

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2018 19:21 (UTC +04:00)
Fevralın 24-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilib.
Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub (FOTO)

Bakı. Trend:

Fevralın 24-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, təlimin mövzusu BMT-nin 6-cı (təmiz su və sanitariya) və 14-cü (dəniz ekosisteminin mühafizəsi) Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilib.

Təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün vacibliyindən bəhs edilib. “Kiçik ekoloqlar”, həmçinin suya qənaət, su hövzələrinin təmiz saxlanması, dəniz ekosisteminin qorunması yolları ilə də tanış olublar.

Bununla yanaşı, gənc təbiətsevərlər su ilə bağlı əyləncəli bilik yarışmalarında, suyun tərkibini izah edən bir sıra sınaqların keçirilməsində iştirak edib, eksperimentlər vasitəsilə suyun necə təmizləndiyini izləyiblər. “Eko laboratoriya”nın iştirakçılarına BMT-nin Dayanıqlı inkişaf Məqsədlərini daha sadə və əyləncəli yolla izah etmək, daha rahat qavramalarına kömək etmək üçün xüsusi rəngləmə vərəqləri paylanıb.

Fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlı olmaları, suyun insan həyatındakı rolunu və planet üçün əhəmiyyətini dərk etmələri baxımından əlamətdar olub.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti