...

Zərdabın kəndinə içməli su verilib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2018 19:35 (UTC +04:00)
Zərdabın Salahlı kəndində əhalinin içməli su təminatı yaxşılaşdırılıb.
Zərdabın kəndinə içməli su verilib (FOTO)

Bakı. Trend:

Zərdabın Salahlı kəndində əhalinin içməli su təminatı yaxşılaşdırılıb.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, açılış mərasimində Rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, Zərdab rayonunda içməli su təchizatı həmişə aktual olub. Əhali suvarma arxlarının suyunu duruldaraq istifadə edib. İcra başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə son illər Zərdab rayonunda mühüm layihələrin həyata keçirildiyini bildirib.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bir neçə il öncə Zərdab şəhərində içməli su layihəsinin yekunlaşdığını bildirib. Sədr müavini Külüllü su mənbəyinin əhəmiyyətindən danışaraq qeyd edib ki, buradan Zərdab şəhərinə çəkilmiş magistral su xətti ətraf kəndlərin içməli su probleminin həllinə töhfə verib. Artıq sakinlər keyfiyyətli içməli su ilə təmin olunublar.

Açılış mərasimində iştirak edən kənd sakinləri indiyədək su təminatı baxımından ciddi çətinliklərlə qarşılaşdıqlarını bildiriblər.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti