Bakı. Elçin Mehdiyev – Trend:
Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq.
Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli radiolarla bağlı keçirilən monitorinqlərə münasibət bildirərkən deyib.
N.Məhərrəmlinin sözlərinə görə, bununla bağlı tədbir keçiriləcək və monitorinqin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Radiolarla bağlı monitorinqlər başa çatdı: Verilişə zəng edən dinləyicilərin ələ salınması halları aşkarlanıb
Qeyd edək ki, MTRŞ tərəfindən radiolarla bağlı monitorinq keçirilib. Monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığı diqqəti cəlb edib. Özəl radiokanalların proqram yayımında əsasən əyləncəli verilişlərə, musiqiyə yer verilir.