...

AzTA: Turizm şirkətləri Norveçə səfər etmək istəyənləri "norovirus"la bağlı məlumatlandırmalıdırlar

Cəmiyyət Materials 5 Aprel 2018 10:38 (UTC +04:00)
Norveçə səfər etmək istəyən Azərbaycan vətəndaşları olarsa, turizm şirkətləri onları həmin ölkədə norovirusun yayılması barədə məlumatlandırmalıdırlar.
AzTA: Turizm şirkətləri Norveçə səfər etmək istəyənləri "norovirus"la bağlı məlumatlandırmalıdırlar

Bakı. İlhamə İsabalayeva – Trend:

Norveçə səfər etmək istəyən Azərbaycan vətəndaşları olarsa, turizm şirkətləri onları həmin ölkədə norovirusun yayılması barədə məlumatlandırmalıdırlar.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Norveç Azərbaycan turistləri üçün prioritet ölkə deyil. Azərbaycan turistləri həmin ölkəyə nadir hallarda səfər edirlər:

“Bu da əsasən, yay aylarında olur. Buna görə də orada norovirusun yayılmasının Azərbaycan vətəndaşları üçün heç bir təhlükəsi yoxdur”.

Qeyd edək ki, norovirusun yayılması səbəbindən Norveçin Hardangervidda Milli Parkında 30 turist təxliyə olunub. Norveçin Turizm Assosiasiyası xəstələnmiş turistlərin olduğu kotteclərdə gigiyena nəzarəti üçün tədbirlər həyata keçirir.

Qeyd edək ki, “bağırsaq qripi” kimi də tanınan norovirus yüksək temperatur, qusma və mədə-bağırsaq pozğunluğu ilə müşayiət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti