...

Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Cəmiyyət Materials 5 Aprel 2018 20:50 (UTC +04:00)
Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) və Estoniya Respublikasının yaranmasının 100 illiyi qeyd edilib.
Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

Bakı. Trend:

Estoniyanın Tallinn şəhərinin Vormsi mədəniyyət mərkəzində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) və Estoniya Respublikasının yaranmasının 100 illiyi qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən diaspor təşkilatının rəhbəri Niyazi Hacıyev AXC haqqında danışaraq respublikanın mövcud olduğu 23 ay ərzində bir çox sahələrdə əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. O, habelə Azərbaycan-Estoniya əlaqələrindən bəhs edərək istər sovet dövründə, istərsə də müstəqillik dövründə bu əlaqələrin daim yüksələn xətt üzrə inkişaf etdiyini qeyd bildirib. Daha sonra N.Hacıyev Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra aparılan uğurlu daxili və xarici siyasət nəticəsində inkişaf yolunda olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, Azərbaycanın uğurlarının bəzi çevrələr tərəfindən qısqanclıqla qarşılanması və nəticə olaraq ona qarşı çirkin kampaniyaların aparılması qeyd edilib. Bu kampaniyanın tərkib hissəsi olan Avropada məskunlaşmış bir qrup antimilli azərbaycanlı tərəfindən dövlətə və ölkə rəhbərliyinə qarşı söyüş, böhtan xarakterli çıxışlar və çağırışlar pislənilib. Bildirilib ki, bəzi azərbaycanlıların radikal fəaliyyəti Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək və xalqımızı aşağılamaq məqsədi daşıyır.

Azərbaycan Xalq Cumhuriyyətinin və Estoniya Respublikasının yaranmasının 100 illiyi Azərbaycan, Estoniya xalqlarının milli rəqsləri və musiqiləri ilə müşayiət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti