...

News Blaze: TREND İnformasiya Agentliyi informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir

Cəmiyyət Materials 7 May 2018 19:05 (UTC +04:00)
TREND İnformasiya Agentliyi informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir
News Blaze: TREND İnformasiya Agentliyi informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir

Bakı. Ləman Zeynalova – Trend:

TREND İnformasiya Agentliyi informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir.

Trend-in məlumatına görə, bu barədə amerikalı jurnalist Nurit Qrinqer “News Blaze” nəşrindəki məqaləsində yazıb.

Müəllif yazır: “TREND-in xəbərləri və hesabatları internet jurnalları, iri korporasiyalar, konsaltinq şirkətlər və banklar tərəfindən alınır və beləliklə agentlik informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir”.

Jurnalist qeyd edir ki, 1995-ci ildə təsis edilmiş TREND İnformasiya Agentliyi Xəzər regionu, eləcə də Qafqaz və Mərkəzi Asiya regionlarından xəbərlərin əsas tədarükçüsü və internet-aqreqatordur:

“Agentlik Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və Türkiyədən son xəbərləri dərc edir”.

Daha sonra N.Qrinqer vurğulayır ki, şəxsi azadlıq prinsiplərini əsas tutaraq Azərbaycan hökuməti əhalinin internetə çıxışını təmin edir.

Jurnalist yazır ki, hazırda ölkə əhalisinin 80 faizi internetə çıxış imkanına malikdir və hökumət bu göstəricini 100 faizədək artırmaq niyyətindədir:

“Hökumət KİV-in fəaliyyətinə qarışmır. Öz daxili siyasətinin şəffaflığını təmin edən Azərbaycanda keçirilmiş prezident seçkilərini 7 telekanal, 15 qəzet və 10 informasiya agentliyi işıqlandırmışdı”.

Xəbər lenti

Xəbər lenti