...

AMEA Şərqşünaslıq İnstitutu ilə Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

Cəmiyyət Materials 16 May 2018 12:05 (UTC +04:00)
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb.
AMEA Şərqşünaslıq İnstitutu ilə Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı. Trend:

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, memorandumda tərəflər arasında elm və təhsil sahələrində əməkdaslığın inkisafı, təcrübə və qaynaqların mübadiləsi, birgə elmi proqramların, araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.

Memorandumu Azərbaycan tərəfdən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva, Gürcüstan tərəfdən Batumi Dövlət Universitetinin rektoru, professor Merab Хalvaşi imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti