Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycanda kompüter istifadəçilərinə xəbərdarlıq edilib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, son bir həftədə GDPR ilə əlaqəli qeydiyyata düşən domenlərin sayı gündən-günə artır. GDPR domenlərinin belə sürətlə alınması mövzu ilə əlaqədar istifadəçilərə qarşı fişinq hücumlarının hazırlanmasının göstəricisidir.
Mərkəz bütün istifadəçiləri GDPR adı ilə gələn məktublara qarşı ehtiyatlı davranmağı çağırır.