...

DİQQƏT! Bu yollarda hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 31 May 2018 10:19 (UTC +04:00)
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
DİQQƏT! Bu yollarda hərəkət məhdudlaşdırılır

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa, Sabunçu rayonu, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu üzdən sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti